Nazir yaşayış yeri üzrə qeydiyyatla bağlı qərarda dəyişiklik etdi

Vilayət Eyvazov1_1200

Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın formasının təsdiq edilməsinə dair Daxili İşlər Nazirliyinin Kollegiyasının qərarında dəyişiklik edilib.

Olkemedia.az -ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.

Qərara əsasən, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın yeni forması təsdiq olunub.