Çində zavodda baş verən partlayışda ölənlərin sayı ARTDI

hqmUI893hY8hBw2XciHPIpoUCPrnERJQ30pzZ6Rd_1200

Çinin Hunan əyalətində fişəng istehsalı zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

Olkemedia.az  xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, bir nəfər hələ də itkin düşmüş hesab olunur. 51 nəfər xəstəxanada tibbi yardım alır, onlardan 5-i ağır vəziyyətdədir.

Daha əvvəl yanğın zamanı 21 nəfərin öldüyü barədə məlumat verilmişdi.