İndoneziyada dəhşətli qəza: Azı 16 nəfər öldü

DsMnxeIwUadhMOVhnqe2uRmey6hiSU6Mu4xauW0L_1200

İndoneziyada sərnişin avtobusunun avtosisternlə toqquşması nəticəsində azı 16 nəfər həlak olub.

Olkemedia.az  xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Hadisə yerinə insanların təxliyəsi üçün qəza briqadaları və yol polisi əməkdaşları göndərilib.

Bildirilir ki, avtobusun sərnişinlərinin çoxu aşaraq yanmış nəqliyyat vasitəsinin altında qalıblar.

Yol-nəqliyyat hadisəsinin səbəbləri və qəza qurbanlarının şəxsiyyətləri dəqiqləşdirilir.