“Hizbullah” döyüşçüləri İsrailin “Hermes 900” PUA-sını vurdular

990hME75lAndloIYrqHwHYvMCoow7zgTqbKDMw1T_1200

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Livanın cənubunda “Hizbullah” döyüşçüləri tərəfindən raketlə vurulub.

Olkemedia.az -ın xəbərinə görə, bu barədə “Hizbullah” milisinin “Telegram” kanalında məlumat verilib.

“Müqavimət qüvvələri El-Kantara rayonu üzərində uçuş həyata keçirən düşmənin “Hermes 900” PUA-sını “yer-hava” raketi ilə vurub”, – deyə açıqlamada bildirilib.

Həmçinin qeyd edilib ki, daha əvvəl döyüşçülər El-Kantarada İsrailin “Merkava” tankını dron-kamikadze ilə sıradan çıxara biliblər.

Bundan əlavə, Bint-Cbeyledə “Hizbullah” döyüşçüləri “Caterpillar D9” buldozerini də vurublar.