Bakıda məktəbli oğlanı maşın vurub öldürdü

3FQcXFdKKLCSwS6xiDAc4s29ISXpa8ASx2GiJeq4_1200

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Olkemedia.az -ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Murad Müslüm oğlu Abaszadə idarə etdiyi avtomobillə Yasamal rayonu, Şərifzadə küçəsində hərəkətdə olarkən yolu keçən piyada, 2010-cu il təvəllüdlü Emil Kamil oğlu Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

Faktla bağlı cinayət işi başlanılıb.