Trampın iştirakı ilə keçirilən tədbirdə atəş açan şəxs İranla bağlantılı olub?
ABŞ Prezidenti Donald Tramp “Washington Hilton” hotelində Ağ Evin nəzdindəki Müxbirlər Assosiasiyasının tədbiri zamanı baş vermiş atışmanın ABŞ-nin İrana qarşı hərbi əməliyyatı ilə bağlı olmasına şübhə ilə yanaşıb.
Olkemedia.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə hadisədən sonra keçirilən mətbuat konfransında bildirib.
*Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı – FOTO/VİDEO
“Mən belə düşünmürəm, lakin heç vaxt dəqiq bilmək olmaz”, – ABŞ prezidenti deyib.
D.Tramp, həmçinin atəş açan şəxsin hədəfi ola biləcəyi ehtimalını da istisna etməyib.