Tramp İrana qarşı nüvə silahından istifadə edəcək? – ÖZÜ AÇIQLADI

aiXojLTJ2Ce7iw92TH0NycpL43EOsxmx6ZgD4MhQ_1200

“ABŞ İrana qarşı nüvə silahından istifadə etmək niyyətində deyil, Vaşinqtonun Tehranla bağlayacağı saziş isə bütün dünyanı “nüvə silahlı dəlilər”dən qorumalıdır”.

Olkemedia.az  RBC-yə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.

Jurnalist prezidentə ABŞ-nin İranda nüvə silahı tətbiq etməyə hazırlaşıb-hazırlaşmadığı barədə sual verib.

“Xeyr. Nə qədər axmaq sualdır – bu mənim nəyimə lazımdır? Onları konvensional üsulla tamamilə məhv etdiyimiz halda, mən niyə nüvə silahından istifadə etməliyəm?”, – deyə Donald Tramp cavab verib.

“Mən ölkəmizin və bütün dünyanın “nüvə silahlı dəlilər”dən təhlükəsizliyini təmin edəcək bir saziş bağlamaq istəyirəm”, – deyə respublikaçı lider əlavə edib. O, həmçinin qeyd edib ki, saziş məsələsində tələsmək istəmir.