Ağdamda dərsə gedən qızı maşın vurdu

dFYQkWPsyGUnNtOldVLJT02Neu9hSVKqg49aIxGa_1200

Ağdamda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Olkemedia.az -ın məlumatına görə, hadisə rayonun Xındırıstan kəndi ərazisində baş verib. Kənd sakini – 2009-cu il təvəllüdlü rayon sakini Günel Şirinli yolu keçərkən VAZ-2107 markalı avtomobillə vurulub. Yaralı xəstəxanaya çatdırılıb.

Məlumata görə, G.Şirinli Xındırıstan kənd orta məktəbinin 11-ci sinif şagirdidir və o, səhər saatlarında dərsə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.