Türkiyədə yük gəmisində 106 kiloqram kokain tapıldı

RcB4eurqLAzyMsIB15VCaJzk1D3XxS8FoTsULLaU_1200

Türkiyədə təhlükəsizlik qüvvələri Panama bayrağı altında üzən yük gəmisində 106 kiloqram kokain aşkarlayıblar.

Olkemedia DHA agentliyinə istinadən xəbər verir ki, narkotik maddələrin ələ keçirilməsi əməliyyatında Türkiyənin Milli Kəşfiyyat Təşkilatı, Jandarmeriya və Sahil Mühafizə Qüvvələrinin əməkdaşları birgə iştirak ediblər.

Bildirilir ki, sözügedən gəmi Kocaeli sahillərindən İstanbul istiqamətində hərəkət edərkən Sahil Mühafizə Qüvvələri tərəfindən dayandırılıb.

Gəmidə aparılan axtarış zamanı konteynerlər arasında gizlədilmiş 106 kiloqram kokain aşkarlanaraq müsadirə edilib.