Yaxın Şərqdə gözlənilməz sülh həmləsi: Üç ölkə razılığa gəldi
“Vaşinqtonda ABŞ Dövlət Departamentində İsrail və Livan səfirlərinin təxminən iki saat davam edən danışıqları çox yaxşı ab-havada keçib və ölkələr arasında dəqiq və sabit sərhədin müəyyənləşdirilməsi, həmçinin Livanın gələcəyi məsələlərinə həsr olunub”.
Olkemedia.az mignews.com-a istinadən xəbər verir ki, bu barədə İsrailin ABŞ-dəki səfiri Yexiel Leyter bildirib.
Leyter qeyd edib ki, Livan tərəfi “Hizbullah”ın tərk-silah edilməsinin müzakirəsinə hazır olduğunu, həmçinin dialoqun irəlilədilməsində maraqlı olduğunu ifadə edib. O, həmçinin bildirib ki, Livanın “Hizbullah”ın təsirindən azad olunmasının vacibliyi barədə razılıq əldə edilib.