Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istədi
Sumqayıtdan Quba rayonuna gedib bacısını öldürməyə cəhddə təsirləndiriləndirilən Murad Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Olkemedia.az -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Məhərrəmov 7 il 10 ay 15 gün azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il sentyabrın 23-də Quba rayonunun Xucbala kəndində baş verib. Kənd sakini Elməddin Lalayev 4 dəfə ailəli olub boşanandan sonra Sumqayıt şəhər sakini, 2 uşaq anası olan Şamama Kərimova ilə “TikTok” sosial şəbəkəsində tanış olub. Ailəli olan Ş.Kərimova Elməddinə həyat yoldaşından narazılıq edib və evdən qaçmaq istədiyini bildirib. Kənddə çoban işləyən Elməddin Şamama ilə bir müddət sevgili kimi danışıb. Şamama isə onunla evlənmək istədiyini bildirib. Sentyabrın 21-də Elməddin taksi ilə Sumqayıt şəhərində Şamama ilə görüşüb və onlar birlikdə Quba rayonunun Xucbala kəndinə gediblər.
Həmin gün Şamama Kərimovun həyat yoldaşı qadının evə gəlmədiyini görüb, bu barədə onun qardaşı Murad Məhərrəmova məlumat verib. M.Məhərrəmov bacısı ilə əlaqə saxlayıb. Məlum olub ki, Şamama Kərimova Elməddin adlı şəxslə evlənmək məqsədilə Quba rayonuna qaçıb. Murad özü ilə bıçaq götürərək, Quba rayonu Xucbala kəndinə gedib, Elməddinin evini soruşub. Həmin vaxt o, kənd ərazisində zibil atmağa gedən bacısı Şamama ilə rastlaşıb. Bacı-qardaş arasında mübahisə yaranıb və Murad Şamamaya 8 bıçaq zərbəsi endirərək, onu öldürməyə cəhd edib. Daha sonra Murad hadisə yerindən qaçıb.
Ş.Kərimova xəstəxanaya çatdırılaraq əməliyyat olunub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən M.Məhərrəmov saxlanılıb.