Keçmiş məhkum külli miqdarda narkotiklə ƏLƏ KEÇDİ

MG7vxBfmyVdr1sDWbsSrutYIcrynfPBA1WYnHOUi_1200

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbirlər zamanı əvvəllər məhkum olunmuş 34 yaşlı Ziya Heydərzadə saxlanılıb.

Olkemedia.az -ın məlumatına görə, ondan ümumilikdə 17 kiloqram marixuana, heroin, tiryək və metamfetamin aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində narkotikləri paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.