38 yaşlı kişi bıçaqlandı: Keçmiş məhkum olan qardaş tutuldu

le9CRxhN7spR5p2ynkFuXltVi5ploXOtPWx84e3a_1200

Qubada 38 yaşlı kişi bıçaqlanıb.

Olkemedia.az -ın məlumatına görə, hadisə aprelin 12-də rayonun Timiryazev qəsəbəsində baş verib.

İlkin xəbərə görə, əvvəllər məhkum olunmuş 37 yaşlı Şaval Ağayev bıçaq xəsarətləri alıb.

Hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin qardaşı, əvvəllər məhkum olunmuş 38 yaşlı Təhməz Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.