“Real Madrid” “Jirona”nı məğlub edə bilmədi

0VmA4ItUDyAwijQSECHgDe7oUM2kskG5ohTZSxve_1200

İspaniya La Liqasının 31-ci turunda “Real Madrid” klubu “Jirona”nı qəbul edib.

Olkemedia.az  xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda keçirilmiş matç 1:1 hesabı ilə başa çatıb.

Hesabı 51-ci dəqiqədə Federiko Valverde açıb. 62-ci dəqiqədə isə Toma Lemar bərabərlik qolunu vurub.

31 turdan sonra “Real Madrid” 70 xalla ikinci, “Jirona” isə 38 xalla 12-ci pillədə qərarlaşıb.