Niderlandda İsrail mərkəzinin qarşısında partlayış olub

JZK10uzBsu7AMdtyrmavKVbyXnAb2yg72btgMbah_1200

Niderlandın şərqində, Neykerk şəhərində yerləşən “İsraili dəstəkləyən xristianlar” təşkilatının binasının qarşısında partlayış baş verib.

Olkemedia.az -ın xəbərinə görə, bu barədə “De Telegraaf” qəzeti məlumat yayıb.

“Cümə günü axşam saatlarında Qelderlandın Neykerk şəhərindəki İsrail Mərkəzində partlayış baş verib”, – deyə açıqlamada qeyd olunub.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Mərkəzin ətrafı mühasirəyə alınıb və araşdırma başlayıb.