Beynəlxalq dəvət

mMYtvYJ6dWnwrrVxWTjNDkJfC3LOpSUl2Sn8HAVU_1200

“Araz-Naxçıvan” klubunun iki legioner futbolçusu ölkələrinin əsas yığma komandalarına dəvət alıb.

Naxçıvan təmsilçisindən Olkemedia.az verilən məlumata görə, bunlar Kristian Avram və Felipe Santosdur.

Kristian Avram Moldova yığmasının heyətində iki fərqli sınaqda iştirak edə bilər. Futbolçu martın 26-da “Zimbru” stadionunda Litva, ayın 30-da isə Nikosiyada Kipr millisi ilə baş tutacaq matçlarda baş məşqçinin etimad göstərəcəyi halda yaşıl meydanda mübarizə aparacaq.

Felipe Santos isə martın 23-dən 31-nə qədər Benin milli komandasının hazırlıq düşərgəsinə qatılacaq. Legioner oyunçu martın 27-də Fələstin, 31-də isə Qvineya seçməsi ilə keçiriləcək qarşılaşmalarda iştirak etmək üçün yığmaya dəvət edilib.