38 yaşlı qadının ölümünə xəstəxanada vurulan iynə səbəb olub?
Abşeronda xəstəxanada iynədən şoka düşdüyü ehtimal edilən qadın evində ölüb. İlkin məlumata görə, 38 yaşlı Xəyalə Əliyeva səhhətində yaranan narahatlıq səbəbindən Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Olkemedia Xəzər TV-yə istinadən xəbər verir ki, tibb müəssisəsində ona iynə vurulub. Qadın daha sonra yaşadığı evə qayıtsa da, bir müddət sonra vəziyyəti qəfil pisləşib. Görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.