ABŞ ordusu Xarq adasında 90-dan çox hərbi hədəfi vurub
ABŞ ordusu İranın Fars körfəzindəki Xarq adasında 90-dan çox hərbi hədəfə zərbə endirib.
Olkemedia.Az-ın bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasına istinadən verdiyi məlumata görə, orada yerləşən İslam Respublikasının neft sənayesi obyektlərinə zərər dəyməyib:
“Dünən gecə Amerika qüvvələri İranın Xarq adasına genişmiqyaslı dəqiq zərbələr endirib. Hücum nəticəsində dəniz mina anbarları, raket saxlama bunkerləri və çoxsaylı digər hərbi obyektlər məhv edilib”.