Azərbaycanda insan alverində təqsirləndirilən iki nəfər axtarışa verilib

4CnnWijDl0t8G5fdZes27TYLRp0K5V2f7AAsOAKn_1200

Azərbaycanda iki nəfər insan alverinə görə axtarışa verilib.

Olkemedia  Lent.az-a istinadən xəbər verir ki, onlar Ağsu rayon sakini, 28 yaşlı Ayşən Araz qızı Əzizxanlı və Qax rayon sakini, 29 yaşlı Əbdül Ruslan oğlu Musayevdir.

Onların barəsində Cinayət Məcəlləsinin 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə cinayət işi açılıb.

Məlumata əsasən, Ayşən Əzizxanlı barəsində axtarış elan olunub. Əbdül Musayev barəsində isə həbs qətimkan tədbiri seçilib və o, İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışa verilib.