Qazaxıstan Azərbaycan və Özbəkistanla yaşıl enerji üzrə üçtərəfli sazişi təsdiqlədi

STo5dEuVp9U7cJTHPz6yPVHRftX763CmRqQ8e415_1200

Qazaxıstan parlamenti (Məclis) Özbəkistan və Azərbaycanla Yaşıl Enerjinin İstehsalı və Ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Sazişi təsdiqləyib. Qeyd edək ki, sözügedən sənəd 2024-cü ilin 13 noyabr tarixində Bakı şəhərində imzalanıb.

Olkemedia xəbər verir ki, bu barədə məlumatı kazlenta.kz yayıb.

Bu müqavilənin əsas məqsədi bərpa olunan enerji mənbələri (BEM) istiqamətində uzunmüddətli əlaqələri genişləndirmək və üç ölkə arasında bu sahəsində davamlı əməkdaşlıq modeli formalaşdırmaqdır.

Sənəddə bərpa olunan enerji imkanlarından effektiv yararlanmaq, eyni zamanda tərəfdaşlar arasında, habelə Avropa dövlətləri və başqa regionlarla ekoloji təmiz elektrik enerjisi ticarətini inkişaf etdirmək xüsusi yer tutur. Bununla yanaşı, yaşıl enerjinin sabit və mütəmadi ixracını təşkil etmək üçün Azərbaycan və Mərkəzi Asiyanın enerji sistemlərinin qarşılıqlı inteqrasiyasının təmin olunması da nəzərdə tutulur.