Polis məşhur tiktokeri söyüşə görə HƏBS ETDİ

36lFvgz3XrQS04petpvPIrjdKzYLZQIR9BSy72AC_1200

Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Oxu.Az-ın məlumatına görə, keçirilən tədbirlərlə “TikTok” sosial şəbəkəsində canlı yayımda təhqiramiz ifadələr səsləndirən 22 yaşlı Solmaz Musayeva saxlanılıb.

Onun barəsində internet resurslarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən məlumatların yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib olunub.

Müvafiq məhkəmə qərarı ilə S.Musayeva inzibati qaydada həbs edilib.