Pezeşkian Türkiyəyə raket hücumunun araşdırılması üçün birgə komissiya yaratmağa hazır olduğunu bildirib

tnhW2b6AXYDdvFGBC3VutCZa0wyC8q2NqYAwGYRP_1200

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

Olkemedia-ın “Haber Global”a istinadən verdiyi xəbərə görə, Türkiyə prezidenti iranlı həmkarı ilə raket hücumu iddiaları fonunda mövcud vəziyyəti müzakirə edib.

İran prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada isə deyilir ki, Məsud Pezeşkian İranın Türkiyəyə raket hücumu ilə bağlı iddiaların araşdırılması üçün birgə komissiya yaratmağa hazır olduğunu bildirib.

İran prezidentinin sözlərinə görə, belə bir qrupun yaradılması İranın Türkiyəyə raket zərbələri endirdiyi barədə iddialarla bağlı anlaşılmazlıqları aradan qaldırmağa kömək edə bilər.