İranın sarsıda bilməyəcəyi nüfuz: Azərbaycana dəstək davam edir

p3mF1YOLVtwtlKKvO5PLXpplpqcBnvDOf3JQxIPP_1200

Portuqaliyanın xarici işlər naziri Paulo Rangel azərbaycalı həmkarı Ceyhun Bayramova zəng vurub.

Bu barədə  Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Telefon danışığı zamanı tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər Yaxın Şərqdə müharibə fonunda regional təhlükəsizlik üçün yaranan riskləri nəzərdən keçiriblər.

Bu çərçivədə, İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumunun qəbuledilməz olduğu vurğulanıb və pislənib.

Telefon danışığı zamanı Azərbaycan və Portuqaliya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən siyasi dialoq, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.