Gəncədə zəhərlənmə hadisəsi baş verib.

RGo7f91j8JemxVpgYvM1PRv3EBNRG8ek9KCXQ98B_1200

Olkemedia APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü F.Həsənova, 2006-cı il təvəllüdü İ.Mollayeva və 2005-ci il təvəllüdlü N.Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, hər üç şəxs Zaqatala rayon sakinidir, onların tələbə olduqları bildirilir.

Tələbələr yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.