“Kəpəz”in futbolçusu mükafatlandırılıb

dGb5OYXvk6mJ1oGZBN6Tq3s6b0qCcsugGru1hMXt_1200

Misli Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində ötən ilin dekabr ayının ən yaxşı qolunun müəllifi bəlli olub.

Olkemedia xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu statusa “Kəpəz”in futbolçusu Ryonosuke Ohori layiq görülüb. O, XVIII turun “Kəpəz” – “Şamaxı” görüşündən əvvəl mükafatlandırılıb.