Gəncədə qadın küçə itlərinin hücumuna məruz qalıb

download

Gəncə şəhərində Gədəbəy rayon sakini olan qadın küçə itlərinin hücumuna məruz qalıb.

Olkemedia “Teleqraf”a istinadla xəbər verir ki, hadisə nəticəsində 2003-cü il təvəllüdlü Nigar Məhərrəmova xəsarət alıb. 23 yaşlı qadın dərhal Gəncə şəhərindəki xəstəxanalardan birinə çatdırılıb.

Ona ilkin tibbi yardım göstərilib. Həkimlərin verdiyi məlumata görə, hazırda vəziyyəti qənaətbəxşdir.