“Karvan-Yevlax” üç futbolçusu ilə yollarını ayırdı

PMoVs6VGQ9v2o7P6kHZ8EjAHKG4uLzOJqxrYkbQS_1200

“Karvan-Yevlax” üç futbolçusu ilə yolları ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Qabil Əlizadə, gürcüstanlı Nika Çaçaşvili və portuqaliyalı Vitor Huqo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, qış transfer pəncərəsində “Karvan-Yevlax” klubu müqavilə ilə “Sabah”a məxsus olan yarımmüdafiəçi Rauf Rüstəmlini mövsümün sonunadək icarəyə götürüb. Eyni zamanda Mingəçevir” klubundan Samir Abdullayevin keçidini rəsmiləşdirib.