Tanınmış ekspert İlham İsmayıl xəstəxanaya yerləşdirilib

C7zdxkowdIRVfVIzaFuJ7mPpn4Jm6W7iQSSk1kbn_1200

Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl xəstəxanaya yerləşdirilib.

Olkemedia Moderator.az-a istinadən xəbər verir ki, uzun müddətdir ürək-damar xəstəliyindən əziyyət çəkən ekspertin səhhətində son günlər müəyyən problemlər yaranıb.

Bu səbəbdən İlham İsmayıl bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib.

Hazırda onun müayinəsi və müalicəsi həkimlərin nəzarəti altında davam etdirilir.