Gəncədə “BakuBus” avtobusla “KamAZ” toqquşdu: Xəsarət alan var

ezuoiuWvXtl1iDxUYQ6Q4pqeAiVHKr18IajB1cQe_1200

Gəncədə sərnişin avtobusu ilə yük maşını toqquşub, xəsarət alan var.

Olkemedia APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

“BakuBus”a məxsus sərnişin avtobusu ilə “KamAZ” markalı yük maşını toqquşub.

Qəza zamanı sərnişin avtobusunun sürücüsü 1992-ci il təvəllüdlü V.Verdiyev xəsarət alıb, xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.