Dönərxanada baş vermiş yanğın söndürülüb

chCPdYxDURpzmCBamXcXuJ49Q7uzaqJQKIaY6xnw_1200

Paytaxtın Səbail rayonu, metronun “Sahil” stansiyasının yaxınlığında dönərxanada baş verən yanğının qarşısı alınıb.

Olkemedia xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.