Tovuzda dəm qazından zəhərlənənlərin vəziyyəti AÇIQLANDI

images

Tovuz rayonunda dəm qazından zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.

Bu barədə  Tovuz Rayon Mərkəzi Xəstəxanasından (RMX) məlumat verilib.

Qeyd olunub ki, bu gün saat 00:50-də dəm qazı zəhərlənməsi şübhəsi ilə dörd nəfər RMX-yə hospitalizasiya edilib:

“Həmin şəxslərə dəm qazı zəhərlənməsi diaqnozu qoyulub. Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar”.

Xatırladaq ki, 1955-ci il təvəllüdlü S.Həsənov, 1989-cu il təvəllüdlü E.Həsənov, 1960-cı il təvəllüdlü G.İbrahimova və A.Həsənova zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilmişdilər.