Tərtərdə oğurluq edən qardaşlar saxlanıldı.

IMG-20260114-WA0023

Tərtərdə evdən oğurluq edən qardaşlar saxlanılıblar.

Tərtər Rayon Polis Şöbəsinə şəhər ərazisindəki evlərin birindən oğurluq edildiyi barədə məlumat daxil olub.Keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd olunan əməli törətməkdə şübhəli bilinən, rayon sakinləri – əvvəllər məhkum olunan Şirxan Misirov və qardaşı Ələsgər saxlanılıblar. Onların məişət əşyaları oğurlamaqla zərərçəkənə maddi ziyan vurduqları müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.