Cəlilabadda istehlaka yararsız içkilər aşkarlanıb

Vf8LiuHqsiux0m7kdMZhS85Y18eGPFx4chjQVlNh_1200

Cəlilabad şəhəri, Nizami küçəsində fəaliyyət göstərən, fiziki şəxs Üzeyir Sərdar oğlu Şahmarova məxsus “Hoqqa” çay evində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Olkemedia xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, obyektdə saxta və istifadə müddəti bitmiş içkilər müəyyən edilərək satışdan kənarlaşdırılıb.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkar barəsində inzibati protokol tərtib olunub.