Qusarda 1 ailənin 3 üzvü dəm qazından zəhərləniblər.

images

Olkemedia “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Əniğ kəndində qeydə alınıb.

Kənd sakini 1962-ci il təvəllüdlü Riman Soltanmurad oğlu Əlisultanov, arvadı 1965-ci il təvəllüdlü Əntiqə Qasım qızı Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü E.Ə. yaşadıqları Əniğ kəndindəki evdə dəm qazından zəhərləniblər.

R.Əlsultanov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş Ə.Qasımovanın və E.Ə.-nin vəziyyətləri orta ağırdır.

Faktla bağlı araşdırmalar aparılır.