Mingəçevirdə avtomobil piyadanı vurub

images

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib, piyada xəsarət alıb.

Olkemedia “Unikal”a istinadla xəbər verir ki, KIA markalı avtomobil yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Elvin Hacızadəni vurub.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.