34 yaşlı kişi dəm qazından boğularaq ölüb

download

Abşeron rayonunda 34 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Olkemedia “Report”a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Anar Məmmədov yaşadığı evin hamam otağında dəm qazından boğulub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.