Şahin Bağırov post rəisini idarə rəhbəri təyin etdi

9c2755de670daae19cb931f7248e99cb_1767194856_Başlıksız-4

Tovuz Gömrük İdarəsinə rəis əvəzi təyin edilib.

“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, Firdovsi Əbilov Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsini icra edən təyin edilib. 

Qeyd edək ki, o bu təyinatadək Lənkəran Gömrük Postunun rəisi olub.

Xatırladaq ki, Tovuz Gömrük İdarəsinin sabiq rəisi Pərviz Qədirov bir neçə gün əvvəl təqaüdə göndərilib.