Bərdədə DƏHŞƏT. Ata qızını xilas etmək istədi özü kanalda boğuldu.
Olkemedia xəbər verir ki, hadisə dekabrın 2-sində Nazirli kəndində baş verib.Belə ki, 1981-ci il təvəllüdlü Sərəncam Kərimova özünü su kanalına atıb. Bunu görən atası 1957-ci il təvəllüdlü Yasin Kərimov qızını xilas etmək üçün özünü kanala atıb. O, qızını çıxarmaq istəyərkən boğularaq ölüb. Sərəncam Kərimova isə xilas edilərək sudan çıxarılıb.Faktla bağlı araşdırma aparılır.