Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyinin qalibi olub

Dz4ByZGizwa8ZWZ5ClBgDjJs4EpBAJTazzVkPj1H_1200

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyinin qalibi olub.

Olkemedia Oxu.Aza istinadən  xəbər verir ki, 79 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırma hərəkətində 151 kq çəkini ram etməyi bacarıb.

Təkanla qaldırma hərəkətində 189 kq ağırlığı başı üzərinə qaldıran Alməmmədov toplamda 340 kq nəticə göstərib.

Beləliklə, birdən qaldırmada bürünc, təkanla qaldırma hərəkətində isə qızıl medal qazanan milli üzvü toplamda da Avropa birinciliyinin qalibi olub.

Təmsilçimiz eyni zamanda təkanla qaldırma hərəkətində və toplamda yarışın rekordunu müəyyənləşdirib.