“Atletik” – “Qarabağ” oyununu idarə edəcək hakim müəyyənləşdi

Y6L1DfMMLm4SwGxp9TO5tqdY55eNHB27xsn58YpI_1200

İspaniyada “Atletik” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununa təyinatlar açıqlanıb.

Olkemedia xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi İqor Payaç olacaq. FIFA referisinə Boyan Zobenitsa və İvan Mihali kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirəcək.

VAR-da İvan Bebek, AVAR-da isveçrəli Fedayi San əyləşəcəklər.

Qeyd edək ki, “Atletik” – “Qarabağ” matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.