Tovuzda 29 yaşlı qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlandı

xW2FiT3BQmMLQWSOMDjaviWgF39i7EkRkKIZDZlz_1200

Tovuzda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Olkemedia xəbər verir ki, bu barədə Tovuz Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 16-da saat 12 radələrində Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-cı il təvəllüdlü Mətanət Hacızadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1993-cü il təvəllüdlü Səbuhi Hacızadənin Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə özünün meyitinin tapılması ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.