Azərbaycan kikboksçuları Dünya Kubokunda uğurla çıxış ediblər

HB3yr4o0eHgZsbWFGkZ7A7d35WbSQhBtnHleeCVR_1200

Azərbaycan kikboksçuları Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Dünya Kubokunda uğurla çıxış ediblər.

Olkemedia Oxu.Az-a istinadən xəbər verir ki, təmsilçilərimizdən Allahverdi Dəmirov (K1, 51 kq), Elvin Məmmədov (LK, 57 kq), Məhəmməd İmanov (K1, 60 kq), Qəşəm Məmmədov (LK, 81 kq), Rafiq Babazadə (K1, 57 kq), Əli Mayılzadə (LK, 57 kq), Əli Əkbər (K1, +81 kq), Elmuraz Musayev (LC, 74 kq) qızıl medala sahib çıxıblar.

Rüfət Əhmədzadə (LK, 63,5 kq), Mirzəcan Əliyev (LK, 60 kq), Rəvan Yaralıyev (LK, 81 kq), Elnar Hacıyev (LK, 51 kq), Aylin Hüseynzadə (KL, 42 kq), Aylin Hüseynzadə (LC, 42 kq), Əli Cabbarzadə (LC, 57 kq), Elmir Mirzəliyev (KL, 69 kq), Seymur Quliyev (KL, 42 kq) gümüş medalla kifayətləniblər.

Fərhad Tağızadə (FC, 51 kq), Həbib Əkbərov (LK, 86 kq), Kənan Məmmədli (LK, 67 kq), Elmir Mirzəliyev (LC, 69 kq), Ramiz Məmmədov (FC, 57 kq), Əli Qarayev (LC, 69 kq), Allahverdi Hacıyev (LK, 81 kq), İbrahim Quliyev (FC, 81 kq) və Qurban Vəliyev (LK, 67 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

kikboksinq

İdman

Daşkənd