Sertifikasiyanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

e0D34Km0ylCxuuodMN8rRKt7Cz5m6et2JQNd5Ccy_1200

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 7-10 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Olkemedia xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi İnsan Resursları Mərkəzi məlumat yayıb.

Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.

Təhsilverənlərin sertifikatlaşdırılması

İnsan Resursları Mərkəzi