ANAMA əməkdaşları olan qardaşlar nişandan qayıdarkən qəzaya düşdülər – BİRİ ÖLDÜ
Beyləqanda baş verən qəza zamanı ağır xəsarət alanlar ANAMA əməkdaşları olublar.
Olkemedia “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəzada xəsarət alan qardaşlardan biri ölüb.
Belə ki, 1996-cı il təvəllüdlü Elvin Bariz oğlu Həşimov həkimlərin göstərdikləri reanimasyon tədbirlərə baxmayaraq xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.