Beynəlxalq konfransın iştirakçıları Zəngilan məscidində namaz qılıblar
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri davam edir.
Olkemedia “Report”a istinadən xəbər verir ki, konfrans iştirakçıları bu gün Zəngilan rayonuna səfər ediblər.
Səfər çərçivəsində Zəngilan şəhərinin işğaldan azad edilməsindən sonra tikilən məsciddə olan qonaqlar orada namaz qılıblar.


