Azərbaycan və Türkiyə XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

FxZeNw9MhoWjRB95b6Hk3110V7tS1hxqTh0k5Gjv_1200

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Olkemedia xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qəzza üzrə razılaşmadan irəli gələn məsələlər müzakirə edilib. Türkiyənin bu əhəmiyyətli razılıqda oynadığı uğurlu vasitəçilik səyləri təqdir olunub.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xarici İşlər Nazirliyi (XİN)

Ceyhun Bayramov

Hakan Fidan