18 yaşlı idmançımız Azərbaycanın boks tarixinə düşüb

fVA3scmPUKKbkPXLwNbY2yfb5VEFnmZ9P1Xwk5px_1200

Millinin 18 yaşlı boksçusu Bilalhəbaşi Nəzərov Azərbaycanın boks tarixinə düşüb.

Olkemedia xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, idmançı bu uğura Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatında imza atıb. B.Nəzərov gənclər arasında iki dəfə Avropa çempionu titulunu qazanan ilk Azərbaycan boksçusu olub.

Astara boks məktəbinin yetirməsi hər iki qızıl medalı millinin baş məşqçisi Elbrus Rzayevin rəhbərliyi altında əldə edib.

Qeyd edək ki, U-19-ların Avropa çempionatında Azərbaycan millisi 5 medal (1 qızıl, 1 gümüş, 3 bürünc) qazanmaqla 16 illik tilsimi də qırıb.