“Turan Tovuz” müdafiəçisi ilə müqaviləni uzatdı

SJcQrzLLfOIalVDAuIKGhCHxqgPjCHSRkT5M9eFR_1200

“Turan Tovuz” müdafiəçisi Roderik Millerlə müqavilə müddətini artırıb.

Olkemedia xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, panamalı müdafiəçi ilə 1+1 illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, 2022/2023 mövsümündən “Turan Tovuz”da oynayan Miller artıq 58 matça çıxıb və 10 qol vurub. Panama millisinin də şərəfini qoruyan Roderik Millerin Tovuz təmsilçisi ilə müqavilə müddəti 2026-cı ilin yayında başa çatırdı.

Turan Tovuz FK

Roderik Miller