III MDB Oyunları: Azərbaycanın qızlardan ibarət voleybol millisi bürünc medal uğrunda mübarizə aparacaq

dwyELp3SBgJw8lIri6OAtbF0Hq7rGhdm0Fj93cYi_1200

Bu gün III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında voleybol yarışları davam edib.

Olkemedia Oxu.Az-a istinadən xəbər verir ki, yarımfinalda Azərbaycanın qızlardan ibarət millisi Belarusa 3:2 hesabı ilə uduzub.

Bürünc medal uğrunda qarşılaşmada komandamızın rəqibi Rusiya – Özbəkistan cütünün uduzan tərəfi olacaq.

Qeyd edək ki, voleybol yarışlarına oktyabrın 6-də yekun vurulacaq.