Bərdədə pendir sexində partlayış olub: Ölən var

tG6430TZxJUW5KEjpmHhlbseu8lwzFtgOXdJleKS_1200

Bərdədə pendir sexində partlayış baş verib.

Olkemedia “Report”a istinadən xəbər verir ki, hadisə sexin qazanxanasında qeydə alınıb.

Partlayış nəticəsində nəzarətçi, 1960-cı il təvəllüdlü Teyyub Yusubov həlak olub.

Hadisəyə qaz sızmasının səbəb olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.